Azərbaycan Misirdən keşniş toxumu tədarük etməyə başlayıb
- 18 dekabr, 2023
- 11:59
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 72 min ABŞ dolları dəyərində 112,3 ton keşniş toxumu idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9 % azdır, kəmiyyət olaraq – 60 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 34,75 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % azdır) 31,55 ton (-31 %), Rusiyadan 19,5 min ABŞ dolları dəyərində (+19 %) 73 ton (+3,7 dəfə), Hindistandan 11,95 min ABŞ dolları dəyərində (+86 %) 6,2 ton (+81 %), Polşadan 2,25 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 1,95 min ABŞ dolları dəyərində (-59 %) 0,3 ton (-61 %) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən (1,1 min ABŞ dolları dəyərində 0,25 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilmiş 89 ton keşniş toxumunun 52 %-i İranın, 43 %-i Rusiyanın payına düşüb.