Azərbaycan Mərakeşdən plastik qabların alışını bərpa edib
- 15 yanvar, 2025
- 15:23
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,54 milyon ABŞ dolları dəyərində 1 min 727 ton plastik qab (yemək və mətbəx qabı) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 2,24 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çoxdur) 575 ton (-6 %), Çindən 2,13 milyon ABŞ dolları dəyərində (+59 %) 717 ton (+68 %), İrandan 665 min ABŞ dolları dəyərində (-24 %) 335 ton (-22 %), Türkmənistandan 179 min ABŞ dolları dəyərində (+3 dəfə) 69 ton (+2,6 dəfə), Amerika Birləşmiş Ştatlarından 58 min ABŞ dolları dəyərində (+71 %) 0,9 ton (+56 %) məhsul alıb.
Azərbaycan 3 il 2 aylıq fasilənin ardından Mərakeşdən (1,6 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.