Azərbaycan Meksikadan mixək tədarük etməyə başlayıb

Biznes
  • 03 yanvar, 2024
  • 13:13
Azərbaycan Meksikadan mixək tədarük etməyə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 267 min ABŞ dolları dəyərində 28 ton mixək idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 58 %, kəmiyyət olaraq – 69 % azdır.

Hesabat dövründə Azərbaycan Madaqaskardan 183 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % çoxdur) 20 ton (-5 %), Türkiyədən 29 min ABŞ dolları dəyərində (-73 %) 1,38 ton (-91 %), Hindistandan 25 min ABŞ dolları dəyərində (+39 %) 3,5 ton (-20 %), Qəmər adalarından 14,8 min ABŞ dolları dəyərində (+9 dəfə) 2 ton (+40 dəfə), İndoneziyadan 12,76 min ABŞ dolları dəyərində (-96 %) 0,63 ton (-98,6 %) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Meksikadan (1,41 min ABŞ dolları dəyərində 0,04 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 125 ton mixəyin 44,2 %-i İndoneziyanın, 26,7 %-i Madaqaskarın payına düşüb.