Azərbaycan Meksika və Çindən bal idxalını bərpa edib
- 09 fevral, 2024
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 554,5 min ABŞ dolları dəyərində 100,6 ton təbii bal idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 33 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 221 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 44 % çoxdur) dəyərində 42 ton (-16 %), Türkiyədən 169 min ABŞ dolları (+8,3 %) dəyərində 25,8 ton (-16 %), Qırğızıstandan 98,6 min ABŞ dolları dəyərində (+15 dəfə) 23 ton (+17 dəfə), Almaniyadan 25,2 min ABŞ dolları (+25 %) dəyərində 2,1 ton (+5,5 %), Fransadan 15,5 min ABŞ dolları dəyərində 0,9 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Meksikadan (4,2 min ABŞ dolları dəyərində 0,7 ton) və 1 il 6 aylıq aradan sonra Çindən (0,65 min ABŞ dolları dəyərində 0,1 ton) bal tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 99 ton təbii balın 45,5 %-i Rusiyanın, 39,2 %-i Türkiyənin payına düşüb.