Azərbaycan məhsulları “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş etdiriləcək

Azərbaycan məhsulları “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş etdiriləcək 17 yerli şirkət mayın 16-dan 18-nə qədər Çinin Şanxay şəhərində keçiriləcək sərgidə təmsil olunacaq.
Biznes
15 May , 2018 09:50
Azərbaycan məhsulları “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş etdiriləcək
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanın 17 şirkəti mayın 16-dan 18-nə qədər Çinin Şanxay şəhərində keçiriləcək “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində təmsil olunacaq.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, sərgidə qurumun dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim ediləcək. Mili pavilyonda meyvə şirələri, konservləşdirilmiş məhsullar, müxtəlif növ şərablar və spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay, zəfəran, quru meyvə və s. məhsullar olacaq. 

Son xəbərlər

Orphus sistemi