Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində nümayiş etdirilir

Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində nümayiş etdirilir Bu gün Tatarıstanın (Rusiya) paytaxtı Kazanda “Russia Halal Expo 2021” sərgisi işə başlayıb.
Biznes
28 İyul , 2021 15:37
Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində nümayiş etdirilir

Bu gün Tatarıstanın (Rusiya) paytaxtı Kazanda “Russia Halal Expo 2021” sərgisi işə başlayıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin və KOBİA-nın dəstəyi ilə Azərbaycan məhsulları da nümayiş olunur. Azərbaycanın stendində sahibkarlar müxtəlif ət məhsulları, meyvə şirələri, mürəbbə və cemlər, bitki yağları, un və un məhsulları və s., eləcə də yerli məhsulların ixracı ilə məşğul olan şirkətlərin xidmətləri təqdim edir.

Bu gün Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Tatarıstanın prezidenti Rustam Minnixanov Azərbaycanın stendini də ziyarət ediblər.

“Russia Halal Expo 2021” Sərgisi 12-ci “Rusiya – İslam dünyası: Kazan Sammit 2021” Beynəlxalq İqtisadi Sammiti çərçivəsində təşkil olunub. İyulun 30-na qədər davam edəcək sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.

Son xəbərlər

Orphus sistemi