Azərbaycan məhsulları beynəlxalq sərgidə

Azərbaycan məhsulları beynəlxalq sərgidə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2020” beynəlxalq qida sərgisi işə başlayıb.
Biznes
18 Fevral , 2020 11:48
Azərbaycan məhsulları beynəlxalq sərgidə

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2020” beynəlxalq qida sərgisi işə başlayıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə süd və süd məhsulları, bal, fındıq, meyvə şirələri, qənnadı, tərəvəz və konserv məhsulları, qurudulmuş meyvə və xurma istehsalı sahəsində fəaliyyət göstərən 20 Azərbaycan şirkəti məhsullarını təqdim edir.

Qeyd edək ki, sərgi fevralın 20-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi