Azərbaycan mebel idxalına çəkdiyi xərci 24 %-dən çox artırıb
- 27 yanvar, 2025
- 10:34
2024-cü ildə Azərbaycan 164,4 milyon BŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 32,3 milyon ABŞ dolları və yaxud 24,4 % çoxdur.
Ötən il mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,8 %-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 7 % azdır.
Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.
Son nəticədə xarici ticarətdə 5 milyard 496 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.