Azərbaycan mayda Kuzbassdan 68 ton manna yarması idxal edib

Biznes
  • 06 iyun, 2023
  • 11:25
Azərbaycan mayda Kuzbassdan 68 ton manna yarması idxal edib

Bu ilin may ayında Azərbaycan Rusiyanın Kuzbass bölgəsindən 67,6 ton manna yarması idxal edib.

“Report” bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, ötən ay "Rosselxoznadzor"un yerli idarəsi Kuzbassdan ümumilikdə 17 970,2 ton taxıl və paxlalılar, eləcə də taxıl emalı məhsullarının ixracına nəzarət edib.Son 1 ildə taxıl məhsullarının ixracı 4,3 dəfə artıb.