Azərbaycan Malayziyaya peçenye ixrac etməyə başlayıb

Biznes
  • 04 mart, 2024
  • 12:38
Azərbaycan Malayziyaya peçenye ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 709,3 min ABŞ dolları dəyərində 494,4 ton şirin quru peçenye ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 10 % azdır.

Hesabat dövründə Azərbaycan Gürcüstana 351 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,4 % azdır) 264 ton (-10 %), Türkiyəyə 162 min ABŞ dolları dəyərində (+5 dəfə) 135 ton (+8 dəfə), Rusiyaya 56 min ABŞ dolları dəyərində (+36 %) 26 ton (-7 %), Qazaxıstana 52 min ABŞ dolları dəyərində (-53 %) 12 ton (-64 %), Çinə 24,4 min ABŞ dolları dəyərində (-33 %) 8,2 ton (-47 %) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Malayziyaya (0,8 min ABŞ dolları dəyərində 0,25 ton) tədarük həyata keçirilib.

44 - Tezliklə