Azərbaycan Malayziyadan antifriz tədarükünü bərpa edib

Biznes
  • 17 may, 2024
  • 12:28
Azərbaycan Malayziyadan antifriz tədarükünü bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycana 1,85 milyon ABŞ dolları dəyərində 1 min 462 ton antifriz idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % azdır, kəmiyyət olaraq – 1,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 488 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,4 % azdır) 517 ton (-7 %), Türkiyədən 432 min ABŞ dolları dəyərində (+48 %) 381 ton (+89 %), Belçikadan 320 min ABŞ dolları dəyərində (+42 %) 157 ton (+74 %), Almaniyadan 276 min ABŞ dolları dəyərində (-47 %) 112 ton (-43 %), Ukraynadan 133 min ABŞ dolları dəyərində (-23 %) 150 ton (+4 %) məhsul alıb.

Azərbaycan 6 il 2 aylıq fasilənin ardından Malayziyadan (0,51 min ABŞ dolları dəyərində 0,51 ton) antifriz tədarükünü bərpa edib.