Azərbaycan Malayziya və Türkiyədən palma yağı idxalını kəskin artırıb

Biznes
  • 19 sentyabr, 2023
  • 13:28
Azərbaycan Malayziya və Türkiyədən palma yağı idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 29,53 milyon ABŞ dolları dəyərində 23 min 936 ton palma yağı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 35 % azdır.

Hesabat dövründə Azərbaycan İndoneziyadan 22,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % azdır) 17 min 880 ton (-46 %), Malayziyadan 7,355 milyon ABŞ dolları dəyərində (+24 %) 6 min ton (+81 %), Türkiyədən 77 min ABŞ dolları dəyərində (+8,7 dəfə) 49 ton (+14 dəfə) və Rusiyadan 0,17 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilən 72 min 586 ton palma yağının 77,3 %-i İndoneziyanın, 18,6 %-i Malayziyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti