Azərbaycan Madaqaskardan istiot tədarükünü bərpa edib
- 22 may, 2024
- 11:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 307 ton istiot idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 79 %, kəmiyyət olaraq – 52 % çoxdur.
Hesabat dövründə Azərbaycan Vyetnamdan 498,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 67 % çoxdur) 127 ton (+57 %), Türkiyədən 320 min ABŞ dolları dəyərində (+3 dəfə) 73 ton (+2,5 dəfə), Braziliyadan 133 min ABŞ dolları dəyərində (+99 %) 35 ton (+2 dəfə), Qırğızıstandan 98 min ABŞ dolları dəyərində 14 ton (bir il əvvəl tədarük olmayıb), Hindistandan 53 min ABŞ dolları dəyərində (-21 %) 21 ton (-30 %) istiot alıb.
Azərbaycan 1 il 3 aylıq fasilənin ardından Madaqaskardan (20 min ABŞ dolları dəyərində 5 ton) istiot tədarükünü bərpa edib.