Azərbaycan Macarıstandan qarğıdalı idxalını bərpa edib

Biznes
  • 30 aprel, 2024
  • 12:32
Azərbaycan Macarıstandan qarğıdalı idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 3,25 milyon ABŞ dolları dəyərində 10 min 887 ton qarğıdalı (o cümlədən toxumluq) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 39 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 10 min 565 ton (-3 %), Türkiyədən 376 min ABŞ dolları dəyərində (+70 %) 210 ton (-21 %), Serbiyadan 222 min ABŞ dolları dəyərində (+49 %) 34 ton (+37 %), Rumıniyadan 148 min ABŞ dolları dəyərində (-38 %) 27 ton (-30 %), Çilidən 97 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 18 ton (+64 %) məhsul alıb.

Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Macarıstandan (71 min ABŞ dolları dəyərində 12,9 ton) tədarükü bərpa edib.