Azərbaycan Macarıstandan heyvanlar üçün vaksin alışını kəskin artırıb

Biznes
  • 09 sentyabr, 2023
  • 10:51
Azərbaycan Macarıstandan heyvanlar üçün vaksin alışını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 5 milyon ABŞ dolları dəyərində 25,93 ton baytarlıq vaksini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,3 dəfə, kəmiyyət olaraq – 30 % çoxdur.

Hesabat dövründə Macarıstandan 2,11 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə artıb) 1 ton (+4 dəfə), Niderlanddan 450,44 min ABŞ dolları dəyərində (-52 %) 0,88 ton (-49 %), İtaliyadan 450 min ABŞ dolları dəyərində (-6 %) 6,41 ton (-28,6 %), Amerika Birləşmiş Ştatlarından 400,84 min ABŞ dolları dəyərində (+53 %) 0,27 ton (+50 %), Rusiyadan 331,2 min ABŞ dolları dəyərində (-27 %) 5,7 ton (-74 %) məhsul gətirilib.

2022-ci ildə Azərbaycana (19 ölkədən) idxal edilmiş 14,4 milyon ABŞ dolları dəyərində heyvanlar üçün vaksinin 31,6 %-i Türkiyənin, 18,6 %-i Macarıstanın, 9 %-i Ukraynanın, 8,3 %-i Niderlandın, 7,7 %-i İsrailin payına düşüb.

44 filmi