Azərbaycan Lüksemburqdan un alışını kəskin artırıb

Biznes
  • 17 oktyabr, 2023
  • 11:25
Azərbaycan Lüksemburqdan un alışını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 18,2 milyon ABŞ dolları dəyərində 62 min 768 ton un (buğda və ya buğda-çovdar, qarğıdalı, digər dənlilərin) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 3,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 18 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 62 min 568 ton (+3,2 dəfə), Türkiyədən 155 min ABŞ dolları dəyərində (+80 %) 158 ton (+3,1 dəfə), İtaliyadan 34 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 15,2 ton (+3,6 dəfə), Lüksemburqdan 21,2 min ABŞ dolları dəyərində (+15,6 dəfə) 6,1 ton (+14 dəfə), Fransadan 15 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 9,7 ton (+3,5 dəfə) məhsul alıb.

2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilmiş 29,7 min ton unun 97,98 %-i Rusiyanın payına düşüb.