Azərbaycan Lüksemburqdan sistern tədarükünü bərpa edib

Biznes
  • 12 mart, 2024
  • 11:02
Azərbaycan Lüksemburqdan sistern tədarükünü bərpa edib

2023-cü ildə Azərbaycan 37,8 milyon ABŞ dolları dəyərində 3 min 427 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 29,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 % çoxdur) 2 min 768 ədəd (+5,5 %), Türkiyədən 3,5 milyon ABŞ dolları dəyərində (+45 %) 131 ədəd (-23 %), Polşadan 3,2 milyon ABŞ dolları dəyərində (+29 %) 320 ədəd (+25 %), Niderlanddan 1,1 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 79 ədəd (+3,4 dəfə), Fransadan 738 min ABŞ dolları dəyərində (-10 %) 72 ədəd (-14 %) sistern alıb.

Azərbaycan 8 il 11 aylıq fasilənin ardından Lüksemburqdan (272 min ABŞ dolları dəyərində 2 ədəd) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilmiş 3 min 357 ədəd sisternin 78 %-i Almaniyanın payına düşüb.