Azərbaycan Liviyaya peçenye ixrac etməyə başlayıb

Biznes
  • 28 iyun, 2024
  • 13:25
Azərbaycan Liviyaya peçenye ixrac etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 326,45 min ABŞ dolları dəyərində 238 ton şirin quru peçenye ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 56 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 230,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 172 ton (+2,1 dəfə), Türkiyəyə 41,77 min ABŞ dolları dəyərində (-7 %) 40,6 ton (+58 %), İraqa 33,7 min ABŞ dolları dəyərində 15 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 19,5 min ABŞ dolları dəyərində (-43 %) 9,9 ton (-36 %), Liviyaya 24,4 min ABŞ dolları dəyərində 8,2 ton məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Liviyaya tədarük həyata keçirilib.