Azərbaycan Litvadan yaşıl çay tədarükünü bərpa edib

Biznes
  • 31 avqust, 2022
  • 08:23
Azərbaycan Litvadan yaşıl çay tədarükünü bərpa edib

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 655 min ABŞ dolları dəyərində 99,6 ton yaşıl çay gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 14,5 %, kəmiyyət olaraq – 7,4 % azdır.

Rusiyadan 270 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 7,5 % azalıb) 32,6 ton (-25,6 %), Çindən 179 min ABŞ dolları dəyərində (+78 %) 52,53 ton (+79 %), Türkiyədən 65 min ABŞ dolları dəyərində (-66 %) 3,5 ton (-81,4 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 50 min ABŞ dolları dəyərində (-22 %) 4,63 ton (-28,5 %), Şri-Lankadan 48 min ABŞ dolları dəyərində (-7,7 %) 4,1 ton (-3 %) məhsul alınıb.

Bir il beş aylıq fasilənin ardından Litvadan tədarük bərpa edilib. Bu ölkədən 2 min ABŞ dolları dəyərində 0,1 ton yaşıl çay alınıb.

Hesabat dövründə Azərbaycan 207 min ABŞ dolları dəyərində 53,21 ton yaşıl çay ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 5 % və 6 % azdır.

Rusiyaya 76 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 36 % artıb) 31,1 ton (+48 %), Ukraynaya 73 min ABŞ dolları dəyərində (-32 %) 13,4 ton (-36,8 %), Gürcüstana 16 min ABŞ dolları dəyərində (+23 %) 2,1 ton (+11,5 %), BƏƏ-yə 12 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 1,9 ton (+7 dəfə), Özbəkistana 6 min ABŞ dolları dəyərində (-59 %) 1 ton (-52 %) məhsul satılıb.