Azərbaycan Litvadan xardal yağı tədarük etməyə başlayıb

Biznes
  • 16 yanvar, 2024
  • 09:48
Azərbaycan Litvadan xardal yağı tədarük etməyə başlayıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 93 min ABŞ dolları dəyərində 43,44 ton xardal yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 79 %, kəmiyyət olaraq – 83 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 91,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 82 % çoxdur) 43 ton (+87 %), Almaniyadan 0,7 min ABŞ dolları dəyərində (+32 %) 0,15 ton (-25 %), Rusiyadan 0,5 min ABŞ dolları dəyərində (-55 %) 0,2 ton (-37 %) və Litvadan 0,2 min ABŞ dolları dəyərində 0,04 ton məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvadan tədarük həyata keçirilib.