Azərbaycan Litvadan sistern tədarükünü bərpa edib
- 06 iyul, 2022
- 13:03
2022-ci ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən 6,086 milyon ABŞ dolları dəyərində 598 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27,4 %, kəmiyyət olaraq – 22 % çoxdur.
Hesabat dövründə Almaniyadan 4,319 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 13,8 % artıb) 441 ədəd (+13,4 %), Türkiyədən 933,1 min ABŞ dolları dəyərində (+94 %) 60 ədəd (+30,4 %), Polşadan 349 min ABŞ dolları dəyərində (+27 %) 37 ədəd (+42,3 %), Fransadan 134 min ABŞ dolları dəyərində (+41 %) 14 ədəd (+16,7 %), İrandan 88,01 min ABŞ dolları dəyərində 8 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.
Bir il 7 aylıq aradan sonra Litvadan tədarük bərpa edilib. Azərbaycan bu Baltikyanı ölkədən 31 min ABŞ dolları dəyərində 2 ədəd sistern idxal edib.