Azərbaycan Litvadan printer tədarükünü bərpa edib

Biznes
  • 11 aprel, 2023
  • 10:26
Azərbaycan Litvadan printer tədarükünü bərpa edib

Bu ilin yanvar ayında Azərbaycana 1,48 milyon ABŞ dolları dəyərində 4 min 977 ədəd printer, surətçıxarma və faksmil aparatı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 98 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 642,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 84 % çoxdur) 2 min 639 ədəd (-1,2 %), Malayziyadan 281,4 min ABŞ dolları dəyərində 173 ədəd, Vyetnamdan 232 min ABŞ dolları dəyərində (+27 %) 826 ədəd (-26,6 %), Filippindən 112 min ABŞ dolları dəyərində (+35 %) 692 ədəd (+59 %), İndoneziyadan 51,32 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 180 ədəd (+5,3 dəfə) məhsul alıb.

Bir il bir aylıq fasilənin ardından Litvadan (0,65 min ABŞ dolları dəyərində 2 ədəd) printer, surətçıxarma və faksmil aparatı tədarükü bərpa edilib.