Azərbaycan Litvadan mikrodalğalı soba idxalını bərpa edib
- 09 noyabr, 2024
- 09:11
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,3 milyon ABŞ dolları dəyərində 57 min 749 ədəd mikrodalğalı soba idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 2,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 25 % çoxdur) 44 min 66 ədəd (+20 %), Malayziyadan 1,2 milyon ABŞ dolları dəyərində (+27 %) 13 min 39 ədəd (+24 %), Amerika Birləşmiş Ştatlarından 132,2 min ABŞ dolları dəyərində (+13 dəfə) 18 ədəd (+4 dəfə), Böyük Britaniyadan 172,2 min ABŞ dolları dəyərində (+54 %) 335 ədəd (+35 %), Portuqaliyadan 31 min ABŞ dolları dəyərində (-25 %) 79 ədəd (-11 %) soba alıb.
Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Litvadan (2,7 min ABŞ dolları dəyərində 2 ədəd) tədarükü bərpa edib.