Azərbaycan Litvadan kətan yağının alışını bərpa edib

Biznes
  • 06 noyabr, 2024
  • 08:56
Azərbaycan Litvadan kətan yağının alışını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 22,4 min ABŞ dolları dəyərində 5,2 ton kətan yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 54 %, kəmiyyət olaraq – 99 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 21,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 57 % çoxdur) 5,1 ton (+2 dəfə), Türkiyədən 0,35 min ABŞ dolları dəyərində (+75 %) 0,06 ton (+6 dəfə), Almaniyadan 0,3 min ABŞ dolları dəyərində (-32 %) 0,04 ton (-20 %), Litvadan 0,15 min ABŞ dolları dəyərində 0,01 ton, İtaliyadan 0,1 min ABŞ dolları dəyərində (-58 %) 0,01 ton (dəyişməyib) məhsul alıb.

Azərbaycan 3 il 3 aylıq fasilənin ardından Litvadan kətan yağının tədarükünü bərpa edib.

44 - Tezliklə