Azərbaycan Litvadan avtomobil radiatoru tədarük etməyə başlayıb
- 12 fevral, 2024
- 12:41
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 6,35 milyon ABŞ dolları dəyərində 821 ton avtomobillər uçun radiator idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 3,38 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44 % çoxdur) 456 ton (+50 %), Türkiyədən 617 min ABŞ dolları dəyərində (+38 %) 52 ton (+30 %), Rusiyadan 534 min ABŞ dolları dəyərində (+6 %) 106 ton (+50 %), Almaniyadan 455 min ABŞ dolları dəyərində (+16 %) 83 ton (+6,4 %), Koreya Respublikasından 307 min ABŞ dolları dəyərində (+11 %) 33 ton (+14 %) məhsul alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvadan (0,3 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.