Azərbaycan Litva və Slovakiyadan printer alışını bərpa edib

Biznes
  • 08 dekabr, 2023
  • 09:04
Azərbaycan Litva və Slovakiyadan printer alışını bərpa edib

Bu ilin ilk 9 ayında Azərbaycana 14,21 milyon ABŞ dolları dəyərində 92 min 977 ədəd printer, surətçıxarma və faksmil aparatı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 95 % çoxdur) 74 min 698 ədəd (+3,6 dəfə), Vyetnamdan 2,23 milyon ABŞ dolları dəyərində (+19 %) 8 min 55 ədəd (-24 %), Birləşmiş Ərəb Əmirliklərindən 798 min ABŞ dolları dəyərində (+3,9 dəfə) 94 ədəd (-84 %), Filippindən 687 min ABŞ dolları dəyərində (-17 %) 4 min 272 ədəd (-4 %), Slovakiyadan 650 min ABŞ dolları dəyərində 75 ədəd məhsul alıb.

Azərbaycan 8 il 3 aylıq fasilənin ardından Slovakiyadan və 1 il 1 aylıq aradan sonra Litvadan (0,65 min ABŞ dolları dəyərində 2 ədəd) tədarükü bərpa edib.

44 filmi