Azərbaycan Latviyaya polietilen ixracını bərpa edib
- 17 iyul, 2024
- 11:10
Bu ilin yanvar-may aylarında Azərbaycan 59,1 milyon ABŞ dolları dəyərində 55 min 154 ton polietilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 17 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 42,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 19 % çoxdur) 37 min 886 ton (+38 %), Ukraynaya 5,5 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 5 min 916 ton (+4 dəfə), Belarusa 3,9 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 3 min 864 ton (+5 dəfə), Türkiyəyə 3,2 milyon ABŞ dolları dəyərində (-82 %) 3 min 512 ton (-84 %), Qazaxıstana 1,3 milyon ABŞ dolları dəyərində 1 min 304 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Azərbaycan 6 il 1 aylıq fasilənin ardından Latviyaya (60 min ABŞ dolları dəyərində 63 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycandan 13 ölkəyə ixrac edilmiş 77,5 min ton polietilenin 52 %-i Rusiyanın payına düşüb.