Azərbaycan Kurqandan 34 tona yaxın ət konservi idxal edib

Biznes
  • 19 aprel, 2024
  • 12:45
Azərbaycan Kurqandan 34 tona yaxın ət konservi idxal edib

Bu il Azərbaycan Rusiyanın Kurqan vilayətindən 33,6 ton ət konservi idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın idxalı bölgənin ümumi ət konservi ixracının 60,8 %-ni təşkil edib. Bununla da, Azərbaycan regionun əsas ət konservi alıcısı olub.

Hesabat dövründə, Kurqan vilayətindən ümumilikdə 55,3 ton ət konservi ixrac edilib. Konserv məhsullarının qalan hissəsi Tacikistana (14,9 ton) və Özbəkistana (6,8 ton) ixrac edilib.