Azərbaycan Kot-divuardan kakao alışını 73 dəfə artırıb

Biznes
  • 31 avqust, 2022
  • 13:03
Azərbaycan Kot-divuardan kakao alışını 73 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 2 milyon ABŞ dolları dəyərində 584,2 ton kakao tozu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,6 %, kəmiyyət olaraq – 2,6 % çoxdur.

Hesabat dövründə Türkiyədən 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 8 % azalıb) 373,5 ton (-16,6 %), Rusiyadan 204 min ABŞ dolları dəyərində (+17,3 %) 56,3 ton (-15,2 %), Niderlanddan 149 min ABŞ dolları dəyərində (+33 %) 44,7 ton (+73 %), Çindən 72 min ABŞ dolları dəyərində 45 ton (bir il əvvəl tədarük olmayıb), Kot-divuardan 69 min ABŞ dolları dəyərində (+30 dəfə) 23,6 ton (+73 dəfə) məhsul alınıb.

Azərbaycanın ötən il xaricdən (22 ölkədən) aldığı 978 ton kakao tozunun 74,2 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə