Azərbaycan Kot d'İvuardan keşyu fındığı idxal etməyə başlayıb
- 09 sentyabr, 2024
- 08:41
Bu ilin I yarısında Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 185,4 ton keşyu fındığı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 16 % çoxdur.
Hesabat dövründə Azərbaycana Vyetnamdan 967 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 149,35 ton (+25 %), Hindistandan 231,65 min ABŞ dolları dəyərində (-15 %) 29 ton (-14,7 %), Kot d'İvuardan 55,7 min ABŞ dolları dəyərində 7 ton, Almaniyadan 1,1 min ABŞ dolları dəyərində (+21 %) 0,1 ton (+20 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,3 min ABŞ dolları dəyərində (-79 %) 0,04 ton (+33 %) məhsul gətirilib.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kot d'İvuardan tədarük həyata keçirilib.