Azərbaycan Kiprdən qəhvə tədarük etməyə başlayıb

Biznes
  • 05 mart, 2025
  • 11:48
Azərbaycan Kiprdən qəhvə tədarük etməyə başlayıb

2024-cü ildə Azərbaycan 6,1 milyon ABŞ dolları dəyərində 608 ton qəhvə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 26 % çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyadan 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % çoxdur) 130 ton (+31 %), Braziliyadan 1 milyon ABŞ dolları dəyərində (+28 %) 162 ton (-0,1 %), Türkiyədən 789 min ABŞ dolları dəyərində (+14 %) 74 ton (-1,3 %), Niderlanddan 326 min ABŞ dolları dəyərində (+19 %) 26 ton (+18 %), Böyük Britaniyadan 261 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 15,95 ton (+3,5 dəfə) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kiprdən tədarük (7,5 min ABŞ dolları dəyərində 0,6 ton) həyata keçirilib.