Azərbaycan Kiprdən çilçıraq tədarük etməyə başlayıb
- 03 dekabr, 2024
- 11:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 22,7 milyon ABŞ dolları dəyərində 2 min 854 ton çilçıraq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,4 %, kəmiyyət olaraq – 25 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 12,94 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % azdır) 2 min 488 ton (-29 %), Türkiyədən 5,14 milyon ABŞ dolları dəyərində (+35 %) 253 ton (+51 %), İtaliyadan 1,69 milyon ABŞ dolları dəyərində (-2,3 %) 40,23 ton (-34 %), Almaniyadan 581 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 5 ton (+2,4 dəfə), İspaniyadan 497 min ABŞ dolları dəyərində (-7 %) 7,5 ton (+12,3 %) çilçıraq alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kiprdən (2,6 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük həyata keçirilib.