Azərbaycan Keniyadan gül alışını kəskin artırıb
- 08 sentyabr, 2023
- 08:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 4,55 milyon ABŞ dolları dəyərində 6 milyon 286 min ədəd gül (kəsilmiş təzə qızılgül, qərənfil, səhləbçiçəyi, xrizantema, zanbaq, qladiolus və digər) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 88 %, kəmiyyət olaraq – 50 % çoxdur.
Hesabat dövründə Azərbaycan Evkadordan 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 1 milyon 530 min ədəd (+86 %), Niderlanddan 544 min ABŞ dolları dəyərində (+6,5 %) 314 min ədəd (-17 %), Keniyadan 455 min ABŞ dolları dəyərində (+5,3 dəfə) 352 min ədəd (+4,5 dəfə), Kolumbiyadan 435 min ABŞ dolları dəyərində (+53 %) 253 min ədəd (+23 %), Türkiyədən 315 min ABŞ dolları dəyərində (+52 %) 3 milyon 318 min ədəd (+36 %) gül alıb.
2022-ci ildə Azərbaycana (48 ölkədən) idxal edilmiş 5,9 milyon ABŞ dolları dəyərində gülün 53 %-i Ekvadorun, 16,5 %-i Niderlandın, 11,1 %-i Kolumbiyanın, 5 %-i Keniyanın payına düşüb.