Azərbaycan karbon qiymətqoyma və ilkin ticarət sistemləri üzərində işləyir

Azərbaycan karbon qiymətqoyma və ilkin ticarət sistemləri üzərində işləyir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti karbon qiymətqoyma və ilkin ticarət sistemləri üzərində işləyir.
Biznes
3 Oktyabr , 2024 17:44
Azərbaycan karbon qiymətqoyma və ilkin ticarət sistemləri üzərində işləyir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti karbon qiymətqoyma və ilkin ticarət sistemləri üzərində işləyir.

Report" xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə bildirib.

"Azərbaycan karbon qiymətqoyma mexanizmlərini genişləndirir. Biz artıq milli iqlim dəyişikliyi strategiyası üzərində çalışırıq, bunu həm fərdi qaydada, həm də hibrid formada genişləndirmək üzərində işləyirik. Karbon vergiqoyma məsələsi də bura daxil edilə bilər. Həmçinin bununla bağlı inzibati alətlərdən də istifadə etməliyik", - deyə o qeyd edib.

"Ölkə olaraq karbon bazarını hələ yaratmamışıq. Bununla bağlı müxtəlif bazar mexanizmlərini öyrənirik", - deyə S.Musayeva əlavə edib.

Son xəbərlər

Orphus sistemi