Azərbaycan Kanada və Malayziyaya vafli ixrac etməyə başlayıb

Biznes
  • 18 mart, 2024
  • 09:00
Azərbaycan Kanada və Malayziyaya vafli ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 3,6 milyon ABŞ dolları dəyərində 1 min 586 ton vafli və vafli həbləri ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 64 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % çoxdur) 784 ton (+18 %), Yəmənə 1,5 milyon ABŞ dolları dəyərində (+66 %) 585 ton (+64 %), İrana 113 min ABŞ dolları dəyərində (+98 %) 53,3 ton (+96 %), Türkiyəyə 95 min ABŞ dolları dəyərində (+6 dəfə) 49 ton (+6 %), İraqa 52 min ABŞ dolları dəyərində (-35 %) 22 ton (-71 %) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanadaya (1,2 min ABŞ dolları dəyərində 0,6 ton) və Malayziyaya (5,2 min ABŞ dolları dəyərində 1,5 ton) tədarük həyata keçirilib.