Azərbaycan kakao idxalına çəkdiyi xərci 39 %-ə yaxın artırıb

Biznes
  • 25 mart, 2024
  • 05:56
Azərbaycan kakao idxalına çəkdiyi xərci 39 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 26,546 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,8 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 1,587 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5,8 % azdır.

Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,09 %-ni, ixrac isə ümumi ixracın 0,03 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur.

Ticarət dövriyyənin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,8 % artıb, idxal isə 7,7 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti