Azərbaycan kakao idxalına çəkdiyi xərci 15 % artırıb
- 19 dekabr, 2023
- 06:25
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 101,304 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 8,157 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 20,7 % azdır.
Kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,64 %-ni, ixrac isə ümumi ixracının 0,03 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % azdır.
Ticarət dövriyyənin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 13,3 % azalıb, idxal isə 22,8 % artıb.
Son nəticədə xarici ticarətdə 15 milyard 700 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 33,1 % azdır.