Azərbaycan kakao idxalına çəkdiyi xərci 11 % artırıb

Biznes
  • 19 yanvar, 2024
  • 12:54
Azərbaycan kakao idxalına çəkdiyi xərci 11 % artırıb

2023-cü ildə Azərbaycan 111,28 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 11 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 9,706 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 19,2 % azdır.

Kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,6 %-ni, ixrac isə ümumi ixracının 0,03 %-ni təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2022-ci ilə nisbətən 2,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 11,1 % azalıb, idxal isə 18,9 % artıb.

Son nəticədə xarici ticarətdə 16 milyard 613 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 29,6 % azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti