Azərbaycan iyundan bəri Ulyanovskdan 208 ton ət məhsulları idxal edib

Biznes
  • 11 avqust, 2023
  • 11:41
Azərbaycan iyundan bəri Ulyanovskdan 208 ton ət məhsulları idxal edib

Bu ilin iyun ayından bəri Azərbaycan Rusiyanın Ulyanovsk vilayətindən 12 partiyada 208 ton ət məhsulları idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, məhsullarə "Rosselxoznadzor"un Çuvaş Respublikası və Ulyanovsk vilayəti üzrə İdarəsinin müfəttişləri yoxlayıb.

İxrac edilən bütün məhsullar Azərbaycanın tələblərinə cavab verib, keyfiyyəti və təhlükəsizliyi akkreditə olunmuş laboratoriyalarda yoxlanılıb.