Azərbaycan iyunda Kuzbassdan 66 tondan artıq buğda unu idxal edib

Biznes
  • 05 iyul, 2023
  • 07:25
Azərbaycan iyunda Kuzbassdan 66 tondan artıq buğda unu idxal edib

Bu ilin iyun ayında Azərbaycan Rusiyanın Kuzbass bölgəsindən 66,4 ton buğda unu idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, ötən ay “Rosselxoznadzor”un Xakasiya və Tuva respublikaları, Kemerovo vilayəti üzrə idarəsi Kuzbassdan ixrac edilmiş 13,7 min ton taxıl və paxlalı bitkiləri, həmçinin taxıl emalı məhsullarını yoxlayıb.

Hesabat dövründə bölgənin ən böyük idxalçısı Qazaxıstan olub. Kuzbassdan bu ölkəyə 5 369,1 ton buğda, 1 748 ton arpa, 67,6 ton manna yarması və 22 ton soya tortası göndərilib.