Azərbaycan İtaliyaya pambıq iplik ixrac etməyə başlayıb

Biznes
  • 22 fevral, 2023
  • 13:35
Azərbaycan İtaliyaya pambıq iplik ixrac etməyə başlayıb

Ötən ii ərzində Azərbaycandan xarciə 33,12 milyon ABŞ dolları dəyərində 8 min 623 ton pambıq iplik göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 53 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 26,57 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % çoxdur) 6 min 602 ton (-59 %), Rusiyaya 6,4 milyon ABŞ dolları dəyərində (+27 %) 1 min 978 ton (+1 %), Ukraynaya 68 min ABŞ dolları dəyərində (-77 %) 20 ton (-86 %), İtaliyaya 68,4 min ABŞ dolları dəyərində 19 ton və Gürcüstana 11,2 min ABŞ dolları dəyərində 4 ton məhsul satıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İtaliyaya tədarük həyata keçirilib. İki il 5 aylıq fasilənin ardından Azərbaycandan Gürcüstana pambıq iplik ixrac edilib.

44 filmi