Azərbaycan İtaliyadan qarabaşaq idxalını bərpa edib

Biznes
  • 27 dekabr, 2023
  • 13:31
Azərbaycan İtaliyadan qarabaşaq idxalını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 4,72 milyon ABŞ dolları dəyərində 8 min 642 ton qarabaşaq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 41 % azdır, kəmiyyət olaraq – 18 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 4,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % azdır) 8 min 641 ton (+20 %), Litvadan 0,4 min ABŞ dolları dəyərində (+73 %) 0,1 ton (+2 dəfə), Almaniyadan 0,3 min ABŞ dolları dəyərində (-62 %) 0,1 ton (-70 %), İtaliyadan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton və Çindən 0,05 min ABŞ dolları dəyərində (dəyişməyib) 0,01 ton (dəyişməyib) məhsul alıb.

Azərbaycan 3 il 4 aylıq fasilənin ardından İtaliyadan qarabaşaq idxalını bərpa edib.

44 filmi