Azərbaycan İtaliyadan püstə alışını bərpa edib

Biznes
  • 24 iyun, 2022
  • 08:51
Azərbaycan İtaliyadan püstə alışını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 587,93 min ABŞ dolları dəyərində 81,78 ton püstə idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 25,5 %, kəmiyyət olaraq – 31,7 % azdır.

Hesabat dövründə İrandan 453,61 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 35,4 % azalıb) 63,52 ton (-40,8 %), Türkiyədən 134,06 min ABŞ dolları dəyərində (+53,7 %) 18,24 ton (+46,7 %), Almaniyadan 0,17 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) və İtaliyadan 0,09 min ABŞ dolları dəyərində 0,01 ton məhsul gətirilib.

Səkkiz il 1 aylıq fasilənin ardından Azərbaycan İtaliyadan püstə tədarükünü bərpa edib.