Azərbaycan İtaliyadan naviqasiya cihazlarının idxalını bərpa edib
- 12 yanvar, 2024
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,3 milyon ABŞ dolları dəyərində 157 ədəd naviqasiya cihazı və aləti (aeronaviqasiya və kosmiknaviqasiya üçün cihazlar da daxildir) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 % çoxdur, kəmiyyət olaraq – 33 % azdır.
Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 688 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % çoxdur) 28 ədəd (-7 %), Fransadan 373 min ABŞ dolları dəyərində (+84 %) 16 ədəd (+6,7 %), Kanadadan 325 min ABŞ dolları dəyərində (+33 dəfə) 3 ədəd (-62 %), Böyük Britaniyadan 314 min ABŞ dolları dəyərində (+93 %) 28 ədəd (+33 %), Çindən 313 min ABŞ dolları dəyərində (+10 dəfə) 52 ədəd (-83 %) cihaz alıb.
Azərbaycan 1 il 7 aylıq fasilən ardından İtaliyadan (1,2 min ABŞ dolları dəyərində 1 ədəd) tədarükü bərpa edib.