Azərbaycan İtaliyadan midyə alışını bərpa edib

Biznes
  • 11 yanvar, 2025
  • 09:17
Azərbaycan İtaliyadan midyə alışını bərpa edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 184,1 min ABŞ dolları dəyərində 49,4 ton midyə gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 94 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çilidən 93 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 32,4 ton (+3 dəfə), Rusiyadan 44,8 min ABŞ dolları dəyərində (+5 dəfə) 9,9 ton (+4,6 dəfə), Yeni Zelandiyadan 26,5 min ABŞ dolları dəyərində (+79 %) 2,8 ton (+73 %), Türkiyədən 14,1 min ABŞ dolları dəyərində (-46 %) 3,8 ton (-35 %), Çindən 5,4 min ABŞ dolları dəyərində 0,55 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 1 il 3 aylıq fasilənin ardından İtaliyadan (0,5 min ABŞ dolları dəyərində 0,05 ton) midyələrin tədarükünü bərpa edib.

44 - Tezliklə