Azərbaycan İtaliyadan meşə materialları idxalını bərpa edib
- 13 fevral, 2023
- 14:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 156,652 milyon ABŞ dolları dəyərində 747 min 289 kubmetr meşə materialı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34 % çoxdur, kəmiyyət olaraq – 12 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 116,535 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,5 % çoxdur) 572 min 186 kubmetr (-31 %), Belarusdan 38,949 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 171 min 384 kubmetr (+10,4 dəfə), Ukraynadan 693,6 min ABŞ dolları dəyərində (+14,3 %) 1 min 673 kubmetr (-38 %), Türkiyədən 174 min ABŞ dolları dəyərində (-79,3 %) 690 kubmetr (-74 %), İtaliyadan 187 min ABŞ dolları dəyərində 305 kubmetr məhsul alıb.
Bir il 7 aylıq fasilənin ardından İtaliyadan tədarük bərpa edilib.