Azərbaycan İtaliyadan linoleum tədarükünü bərpa edib

Biznes
  • 15 mart, 2024
  • 08:38
Azərbaycan İtaliyadan linoleum tədarükünü bərpa edib

2023-cü ildə Azərbaycan 263 min ABŞ dolları dəyərində 116,94 min kvadratmetr linoleum idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 51 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynadan 185,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çoxdur) 81,5 min kvadratmetr (+11 %), Rusiyadan 50,7 min ABŞ dolları dəyərində (-34 %) 25 min kvadratmetr (-29 %), Özbəkistandan 17,8 min ABŞ dolları dəyərində (-90 %) 7 min kvadratmetr (-90 %), Türkiyədən 7,6 min ABŞ dolları dəyərində (+3 dəfə) 3,3 min kvadratmetr (+3,3 dəfə), Niderlanddan 0,95 min ABŞ dolları dəyərində (-95 %) 0,04 min kvadratmetr (-97 %) linoleum alıb.

Azərbaycan 7 il 3 aylıq fasilənin ardından İtaliyadan (0,4 min ABŞ dolları dəyərində 0,03 min kvadratmetr) tədarükü bərpa edib.