Azərbaycan İtaliyadan elektromobil idxalını bərpa edib

Biznes
  • 05 aprel, 2024
  • 10:34
Azərbaycan İtaliyadan elektromobil idxalını bərpa edib

Bu ilin yanvar ayında Azərbaycan 9,66 milyon ABŞ dolları dəyərində 239 ədəd elektromobil idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 96 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 7,41 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 199 ədəd (+2,3 dəfə), Almaniyadan 1,57 milyon ABŞ dolları dəyərində (+45 %) 17 ədəd (+42 %), Amerika Birləşmiş Ştatlarından 535 min ABŞ dolları dəyərində (+63 %) 16 ədəd (+78 %), Belçikadan 78,2 min ABŞ dolları dəyərində (-70 %) 1 ədəd (-75 %), Fransadan 33,24 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) elektromobil alıb.

Azərbaycan 1 il 8 aylıq fasilənin ardından İtaliyadan elektromobil idxalını bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti