Azərbaycan İtaliyadan çətir alışını kəskin artırıb
- 12 oktyabr, 2024
- 13:53
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 611,3 min ABŞ dolları dəyərində 16 min 419 ədəd baş çətiri idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 85 %, kəmiyyət olaraq – 45 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 409,32 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 2 min 252 ədəd (-2 %), Çindən 140,24 min ABŞ dolları dəyərində (+35 %) 13 min 983 ədəd (+66 %), Ukraynadan 25,1 min ABŞ dolları dəyərində 100 ədəd (bir il əvvəl tədarük olmayıb), Fransadan 19,44 min ABŞ dolları dəyərində 28 ədəd (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 14,8 min ABŞ dolları dəyərində (+4 dəfə) 5 ədəd (+2,5 dəfə) məhsul alıb.
2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 27 min 566 ədəd çətirin 88,2 %-i Çinin payına düşüb.