Azərbaycan İtaliyadan bulğur tədarükünü bərpa edib
- 23 avqust, 2023
- 12:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 500 min ABŞ dolları dəyərində 628 ton bulğur buğdası idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 48 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 499,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42,2 % azdır) 627,7 ton (-48 %), Almaniyadan 0,3 min ABŞ dolları dəyərində (+50 %) 0,1 ton (+60 %) və İtaliyadan 0,2 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alınıb.
Azərbaycan 1 il 4 aylıq fasilənin ardından İtaliyadan bulğur tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (4 ölkədən) idxal edilmiş 2 040 ton bulğurun 99,98 %-i Türkiyənin payına düşüb.